Azərbaycanda 41 yaşlı kişi güllələndi


Şamaxıda güllələnmə hadisəsi olub.

Hadisə bu gün saat 19:30 radələrində qeydə allnıb. Rayon sakini, 1978-ci il təvəllüdlü Hacıyev Şəfaət Əlibala oğlu ov tüfəngindən açılan atəş nəticəsində sinəsindən və əlindən xəsarət alıb.
Yaralı Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb.
Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır. /APA

DİGƏR XƏBƏRLƏR

Top