Deputatlarımız Ermənistana səfər edəcək? - Milli Məclisdən AÇIQLAMA


“Azərbaycan və Ermənistandan olan millət vəkillərinin qarşılıqlı səfərləri haqqında bizdə heç bir rəsmi məlumat yoxdur”.
Bu sözləri Yeniavaz.com-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu, Ermənistan mətbuatında Azərbaycan və Ermənistandan olan millət vəkillərinin qarşılıqlı səfərləri haqqında çıxan xəbərlərə münasibət bildirərkən deyib: “Bu məsələ ilə bağlı bir çox mətbuat orqanı bizə müraciət edib. Amma Azərbaycan və Ermənistandan olan millət vəkillərinin qarşılıqlı səfərləri haqqında bizdə heç bir rəsmi məlumat yoxdur”.
Qeyd edək ki, iki ölkə jurnalistlərinin qarşılıqlı səfərlərindən sonra, bu gün Ermənistan mətbuatında Azərbaycan və Ermənistandan olan millət vəkillərinin qarşılıqlı səfərlərinin yaxın zamanlarda baş tutacağı istiqamətində xəbərlər yayılmışdı.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top