"Twitter" bu tarixdən bəzi hesabları siləcək


"Twitter" müəyyən hesabların silinəcəyi ilə bağlı məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, məlumata görə, şirkət 6 ay və ya daha uzun müddət istifadə edilməyən profilləri siləcək. Bunun məqsədi isə aktiv olmayan və istifadə edilməyən hesabların yenidən aktivləşdirilməsidir. Sözügedən hesabların 11 dekabr tarixindən etibarən qalıcı olaraq tam silinəcəyi bildirilib.
Qeyd edək ki, şirkət bununla bağlı artıq istifadəçilərin e-poçt ünvanın xəbərdarlıq göndərib.  
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top