Amerikada robot polis itləri fəaliyyətə başladı - FOTO


ABŞ polisi yeni təkmilləşdirilən robot polis itlərini istifadə etməyə başlayıb.

Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, dörd ayaqlı, qapıları aça bilən və uzaqdan müşahidə sistemi ilə təchiz edilən robotun gələcəkdə silahlandırılması ehtimalı tənqid olunub.
İlk dəfə Massaçusets əyalət polisi tərəfindən istifadə edilən Spot adlı robot itin avqust ayından bu yana sınaqdan keçirildiyi bildirilib. 
Robot polis itinin şübhəli paketləri araşdırmaq və ya şübhəli şəxslərin harada olduğunu təyin etmək bacarığının olduğu da qeyd edilir.
Spot adlı it müvaznətini itirib yıxıldığında belə təkrar qalxa bilir.
"Boston Dynamics" şirkəti tərəfindən hazırlanan robot itin silahlandırılmayacağı bildirilib.

İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top