İraqda eyni gündə iki partlayış oldu – Ölənlər var


İraqın paytaxtı Bağdadda baş verən 3 fərqli partlayış nəticəsində 6 nəfər ölüb, 11 nəfər yaralanıb.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, Bağdad şəhərində motosikletə yerləşdirilən partlayıcılardan biri məscid yaxınlığında, digəri isə bələdiyyə binası yaxınlığında partladılıb. Şəhərin şimalındakı Əl-Şaab bölgəsinə yerləşdirilən digər bombanın partlaması nəticəsində 6 nəfər ölüb, 11 nəfər yaralanıb.
Qeyd edək ki, ölkədə təxminən 2 aydır davam edən hökumət əleyhinə nümayişlər davam etməkdədir.
Şəbnəm Zahir

DİGƏR XƏBƏRLƏR

Top