"Space"in efirində daha bir məşhur yıxıldı - VİDEO


Müğənni Aynur Dadaşova “Space”in efirində yıxılıb.
Sənətçinin Əməkdar artist Almaz Ələsgərlinin aparıcılıq etdiyi “Onda başladıq” proqramında başına iş gəlib.

O, mahnı oxuyarkan səhnədə ayağı burxularaq yerə yıxılıb. Aynura aparıcı və verilişin qonaqları- müğənni Niyam Salami və aktyor Məcid Hüseynov kömək edib. Sənətçi daha sonra ayağa qalxaraq ifasına davam edib.
Maraqlısı odur ki, sözügedən kanalın səhər proqramında müğənni Almaz Ələsgərli də ayağı büdrəyərək yerə yıxılmışdı.  

(Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top