Bakıda ana böyrəyini qızına bağışlayıb


Bakıda çəkisi 35 kq olan gənc qıza böyrək köçürülüb.

17 yaşlı qız ağır vəziyyətdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinə müraciət edib. 

Müayinədən sonra ona böyrək köçürülməsinə qərar verilib. Əməliyyat Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə baş mütəxəssisi, cərrah-uroloq Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib. 

Həkim qeyd edib ki, müraciətə qədərki uzun müddət ərzində xroniki böyrək çatışmazlığından əziyyət çəkən yeniyetmə qız mütəmadi hemodializ seansları qəbul etdiyindən onda kaxeksiya – orqanizmin ekstremal tükənməsi inkişaf edib: "Maddələr mübadiləsinin pozulması səbəbindən orqanizmdə ümumi zəiflik fonunda fizioloji proseslərin fəallığının və iştahın azalması xəstədə bədən kütləsinin kəskin aşağı düşməsi ilə nəticələnmişdi və çəkisi 35 kq idi. Ona təcili böyrək köçürülməsi vacib idi. Komandamızın əməyi sayəsində kifayət qədər riskli olan bu əməliyyatı da uğurla icra etdik. Köçürülən böyrək hazırda normal fəaliyyət göstərir. Pasiyentin çəkisində artım müşahidə edirik".

Donor isə xəstənin 45 yaşlı anası olub. (Report)

DİGƏR XƏBƏRLƏR

Top