"Bizim dövrdə şagirdlərə bu qədər ev tapşırıqları verib onları yükləmirdilər" - Sabiq təhsil naziri


Deputat Elmira Axundovanın birinci və ikinci sinifdə ev tapşırıqlarının ləğv olunmasını təklif etməsi bu məsələni yenidən gündəmə gətirib. Valideynlər isə bildirir ki, ev tapşırıqları o qədər çətin olur ki, nəinki şagird, heç valideynin özü də bunu həll edə bilmir. 

Sabiq təhsil naziri, professor Firudin Cəlilov da şagirdlərin yükünün azaldılması baxımından ev tapşırıqlarının ləğv edilməsinin faydalı olduğunu bildirdi:

“Bu işin mütəxəssisləri bunu daha yaxşı bilər, çünki proseslərdən iyirmi ildir ki, uzaqdayam. Bizim vaxtımızla müqayisədə indi dərsliklər çox dəyişib. Uşaqların yükünün azaldılması baxımından ev tapşırıqlarının ləğv edilməsi faydalı olardı. Onların çiynindən bu yük nə qədər götürülsə, o qədər də şagirdlər üçün rahat olar. Bizim dövrdə şagirdlərə bu qədər ev tapşırıqları verib onları yükləmirdilər”. (Moderator.az)

DİGƏR XƏBƏRLƏR

Top