İstanbulda güclü yanğın: yaralılar var


Türkiyənin İstanbul şəhərinin Gençosman məhəlləsində 3 mərtəbəli binada yanğın baş verib.
Yeniavaz.com Türkiyə KİV istinadən xəbər verir ki, yanğın binanın sonuncu mərtəbəsində toxuculuq məmulatları istehsal edən sexdən başlayıb. Dərhal hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili yardım briqadaları cəlb olunub. Yanğın nəticəsində 5 nəfər xəsarət alıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının digər binalara keçməsinin qarşısı alınıb.
İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top