“Qalatasaray” qələbəni əldən verib, “Real” 1/8 finala yüksəlib


Çempionlar Liqasında V tura start verilib.

Günün ilk iki qarşılaşması A və D qruplarında baş tutub.

Qonşu Türkiyə çempionu “Qalatasaray” öz meydanında “Brügge” ilə qarşılaşıb. Bu matçadək qələbəyə həsrət olan rəqiblərin duelində qalib müəyyənləşməyib.

Qrupda ilk qolunu vuran İstanbul klubu qələbə qazanmağa yaxın olsa da, uzatma dəqiqələrində buraxılan topla üstünlüyü əldən verib. Bununla da Belçika təmsilçisi Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə verən 3-cü yer uğrunda mübarizədə üstünlüyünü qoruyub.

Son turda Fransada PSJ-nin qonağı olacaq “Cim-Bom” qalib gəlməli, “Brügge”nin xal itirməsinə ümid etməlidir. İstanbuldakı nəticə “Real”ın Çempionlar Liqasının 1/8 finalına yüksəlməsini də rəsmiləşdirib. 

D qrupunun autsayderləri “Lokomotiv”lə “Bayer” Moskvada görüşüblər. Qalib gələn Almaniya təmsilçisi ən azı Avropa Liqasına vəsiqəni təmin edib.

2 cavabsız qol buraxan Rusiya klubu isə avrokubokda mübarizəni davam etdirmək şansını itirib. Şimallılar üçün son tur formal xarakter daşıyacaq.

Qeyd edək ki, turun ilk gününün digər matçları saat 00:00-da başlayacaq.

Çempionlar Liqası
Qrup mərhələsi
V tur
26 noyabr

A qrupu 
21:55. “Qalatasaray” (Türkiyə) – “Brügge” (Belçika) – 1:1

Adem Büyük, 11 – Diatta, 90+2

1

PSJ

4

4

0

0

10-0

12

2

Real

4

2

1

1

9-5

7

3

Brügge

5

0

3

2

3-9

3

4

Qalatasaray

5

0

2

3

1-9

2

D qrupu
21:55. “Lokomotiv” (Rusiya) - “Bayer” (Almaniya) – 0:2

Jemaletdinov, 11 (avtoqol), Bender, 54

1

Yuventus

4

3

1

0

9-4

10

2

Atletiko

4

2

1

1

6-4

7

3

Bayer

5

2

0

3

5-7

6

4

Lokomotiv

5

1

0

4

4-9

3


Apasport

 

DİGƏR XƏBƏRLƏR

Top