Bibiheybət yolunda təmir işlərinə başlanıldı - VİDEO


Ötən gün çökən Bibiheybət yolunda bərpa işlərinə başlanılıb. Təmir işləri ilə paralel olaraq Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin əməkdaşları da ərazini monitorinq edirlər.
kspertlər isə bildirir ki, yeni yol inşa edilərkən mütləq qaydada əlavə xüsusi istinad divarı tikilməldir.

Nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə,yol yenidən təşkil olunan zaman mütləq qaydada əlavə istinad divarları tikilməlidir.

Qeyd edək ki,badamdar sürüşmə zonasında vəziyyət stabil-gərgin olaraq qalır. Ərazidə sürüşmənin qarşısının alınması üçün sürüşmə ərazisinin üst hissəsindəki mənzillərin daş beton çəpərləmələri sökülür.Bununla yanaşı mənzillərin həyətəndəki bəzi obyektlər də sökülüb. Bundan başqa sürüşmənin qarşısının alınması üçün çoxpilləli teraslar da yaradılacaq.

DİGƏR XƏBƏRLƏR

Top