
Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə əmr imzalayıb. Yeniavaz.com modern.az-a istinadən xəbər verir ki, təltif olunanlar arasında BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova da var.
Qeyd edək ki, P.İbrahimova 2000-ci ildən sözügedən universitetin mətbuat xidmətində çalışır. O, həmçinin BDU-nun Jurnalistika fakültəsinin müəllimidir.