Millimizdə yeni baş məşqçi təyinatı


Azərbaycanın pauerliftinq milli komandasında yeni baş məşqçi təyinatı olub.
Bu, əməkdar məşqçi Azər Mustafayevdir.
Onun ilk ciddi sınağı 4-8 dekabr tarixlərində keçiriləcək WRPF, WEPF, WAF və WSF-in birgə keçirdiyi sayca beşinci dünya çempionatında olacaq. Həmin dünya çempionatı Rusiyanın paytaxtı Moskvada keçiriləcək.
Qeyd edək ki, əvvəl baş məşqçi statusunda Şəmsi Bayramov gedirdisə, onun təyinatı qeyri-rəsmi xarakter daşıyırdı.
Bundan başqa, Hafiz Verdiyev Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin köməkçisi təyin olunub.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top