Nazirlik vətəndaşın inəklə bağlı şikayətini araşdırdı - VİDEO


Sosial şəbəkə səhifələrindən birində Bərdə rayonu, Muğanlı kənd sakini Mustafayev Bəhruz Ələkbər oğlu özünüməşğulluq proqramı çərçivəsində ona verilmiş mal-qaradan şikayət edib. Şikayət dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artaşdırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıblının Yeniavaz.com-a verdiyi məlumat görə, araşdırma zamanı müəyyən olunub ki, 2016-cı ildə Bərdə rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata götürülən B.Mustafayev 2019-cu ildə özünüməşğulluq proqramına cəlb olunub: “Noyabrın 5-də məhz özünün iştirakı və seçimi ilə ona mal-qara alınıb verilib. Mal-qara təqdim edilərkən Bəhruz heyvanlardan razılığını həm imzaladığı aktda, həm də videoçəkiliş zamanı bildirib. Həmçinin heyvanların sağlamlığını təsdiq edən baytar sənədi də ona verilib. Aktivləri aldıqdan bir müddət sonra rayon məşğulluq mərkəzinə gələrək inəklərdən birinin “dəli” olduğunu, heyvanın dəyişdirilməsini istədiyini bildirib. Bununla əlaqədar məşğulluq mərkəzi tərəfindən araşdırma aparılacaq”.

Nazirlik rəsmisi heyvanlar təqdim edilərkən vətəndaşın razılığını və minnətdarlığını əks etdirən videoçəkilişi və aktın surətini təqdim edib.

DİGƏR XƏBƏRLƏR

Top