"Facebook" bu istifadəçilərinə pul verəcək - 15 dəqiqəyə 5 dollar


Dünyanın ən böyük sosial şəbəkələrindən biri olan "Facebook" yeni tətbiqi ilə gündəmə gəlib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, "Facebook" "Viewpoints" adlı yeni proqramı təqdim edib. Həmin tətbiq vasitəsilə istifadəçilər pul qazana biləcəklər. "Facebook"dan istifadə edən şəxslər əvvəlcə bəhs edilən proqramda qeydiyyatdan keçməlidirlər. Həmin proqram vasitəsilə 1000 xal topladıqda "Facebook" tərəfindən 5 dollar ödəniş edilir. Şirkət tərəfindən yayımlanan videoda bildirilir ki, sadəcə 15 dəqiqəyə 83 suala cavab verməklə 1000 xal toplamaq mümkündür. "Viewpoints"dən hələlik ABŞ-da 18 yaşından yuxarı şəxslər istifadə edə bilir. Bəhs edilən proqramın yaxın vaxtlarda bütün dünyaya yayılacağı gözlənilir.  
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top