"19 oktybar mitinqindən bir gün sonra 250 tələbə YAP-a müraciət edib üzvlük istədi" – Tağı Əhmədov


“Bütün müxalifət partiyalarının hamısını yığsaq, bircə Yasamal rayonunun partiya üzvlərinin sayı qədər üzvü yoxdur”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri “Bakupost”a müsahibə verən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, Bakı Metropolitenin sabiq rəhbəri Tağı Əhmədov deyib.
O bildirib ki, 19 oktyabrda keçirilən razılaşdırılmamış mitinqdən bir gün sonra Bakı Dövlət Universitetinin 250 tələbəsi cavab olaraq YAP-a müraciət edib: “19 oktyabr mitinqinin səhəri günü BDU-dan 250 nəfər tələbə birbaşa YAP-a gəldi ki, biz mitinqə cavab olaraq partiyaya üzv olmaq istəyirik. Bu, Heydər Əliyevin işığına gəlməkdir. Bu, aparılan düzgün siyasətin bariz nümunəsidir ki, gənclik görür və hiss edir. Ona görə də kütləvi surətdə gəldilər ki, biz YAP-a üzv oluruq. YAP-ın nəinki Azərbaycanda, heç Zaqafqaziyada tayı-bərabəri yoxdur. İndi ölkədə 52 partiya qeydiyyatdan keçib, onlardan biri də YAP-dır və YAP-in 800 minə yaxın üzvü var. O 51 partiyadan YAP-a yaxınları da var, tam müxalifətdə olanları da. Bütün müxalifət partiyalarının hamısını yığsaq, bircə Yasamal rayonunun partiya üzvlərinin sayı qədər üzvü yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top