Ana övladlarına verilən müavinəti spirtli içkiyə xərclədi, uşaqlar kağız yedilər – DƏHŞƏTLİ HADİSƏ

 
Ukraynanın Dnepr şəhərində polis, aclıqdan ölməmək üçün kağız yeyən uşaqların həyatını xilas edib.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, Ukraniyada iki uşağın aclığa dözməyərək kazığ, saç yediyi məlum olub.
Polis tərəfindən xilas edilən Diana və Anya tibbi müayinədən keçmək üçün xəstəxanaya yerləşdirilib. Həkim, uzun müddətdir ac qalan uşaqların səhhətində ciddi problem yarandığını bildirib.
Qonşuların dediyinə görə spirtli içki aludəçisi olan ana və sevgilisi tez-tez mübahisə edirdilər. Ailəyə dövlət tərəfindən sosial yardım verilməsinə baxmayaraq təzminatın spirtli içkilərə xərclənildiyi aydın olub. Polis uşaqların həyatını təhlükəyə atdığı üçün ananın valideynlik hüququndan məhrum ediləcəyini bildirib.
Şəbnəm Zahir

DİGƏR XƏBƏRLƏR

Top