Vəsiqə üçün gəldilər, öz fotoları əvəzinə döyülən qadın şəkli gördülər - VİDEO


"ASAN xidmət" Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündə #zorakiligaqarsibirlikde - sosial aksiyasını  təşkil edib.

“ASAN xidmət”də şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətinə müraciət edən vətəndaşlara öz fotoları əvəzinə şiddətə məruz qalmış qadın fotosu göstərilib.

Yaradılmış qadın obrazı şərti olub və izlər vizual effektlər ilə əlavə edilib.

Vətəndaşlar əvvəlcə fotonu, daha sonra isə onlar üçün olan mesajı görüblər.

DİGƏR XƏBƏRLƏR

Top