"Ford" "Opel"ə çırpıldı, minik maşını piyadanı vurdu


Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Yeniavaz.com xəbər verir ki, hadisə şəhərin “Asan Xidmət” Mərkəzinin qarşısındakı piyada keçidində qeydə alınıb. 

”Ford” markalı yük maşını arxadan piyada keçidində gözləyən “Opel” markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən “Opel” markalı avtomobil qarşısındakı piyada keçidindən keçən şəhər sakini Mustafayeva Jalə Muğdət qızını vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top