Bakının Ziya Bünyadov prospektində yol qəzası tıxaca səbəb olub - FOTO


Nərimanov rayonunda yol qəzası zamanı 3 nəfər xəsarət alıb.

Hadisə prospektin "Koroğlu" metrosu istiqamətinə gedən hissəsində baş verib.

"Azsamand" markalı minik avtomobili nasaz vəziyyətdə olduğundan körpünün üzərində dayanıb. Bu zaman yüksək sürətlə gələn "Mercedes" markalı yük avtomobili ona çırpılıb. Nəticədə minik avtomobilində olan 3 nəfər xəsarət alıb.

Qəza nətisində Z.Bünyadov prospektinin "20 yanvar" dairəsindən "Koroğlu" istiqamətinə gedən yolda tıxac yaranıb.//APA

 

DİGƏR XƏBƏRLƏR

Top