Putin və Zelenski arasında telefon danışığı olub


Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Vladimir Zelenski arasında telefon danışığı olub.

Telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub.

İki ölkə liderləri telefon danışığı zamanı Rusiya tərəfindən saxlanılan məlum üç hərbi gəminin qaytarılması ilə bağlı vəziyyətə toxunublar. Bundan başqa, tərəflər arasında qaz problemi mövzusu da müzakirə edilib.

Danışıqlar zamanı müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılışdırılıb.

Qeyd edək ki, dekabrın 9-da Parisdə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Normandiya formatında dövlət başçılarının görüşü keçiriləcək.//APA

DİGƏR XƏBƏRLƏR

Top