Tramp bu iti mükafatlandırdı - Bağdadiyə görə - FOTO



ABŞ prezidenti Donald Tramp Ağ Evdə Suriyada İŞİD lideri Əbu Bəkir əl-Bağdadiin zərərsizləşdirilməsi ilə bağlı xüsusi əməliyyatda iştirak etmiş "Konan" ləqəbi xidməti iti qəbul edib.

Trampın sözlərinə görə, it medal və fərman alıb. Dövlət başçısı "Konan"ı güclü adlandırıb.
"Konan çox ağır yaralanmışdı və düşünürdülər ki, o, sağalmaya bilər. Amma o, tez öz sağaldı və həmin vaxtdan çox vacib reydlər keçirdi", - Tramp qeyd edib.

Xatırladaq ki, Ağ Ev rəhbəri oktyabrın sonlarında özünün "Twitter"dəki səhifəsndə İŞİD rəhbərinin zərərsizləşdirilməsində fərqlənmiş itin mükafatlandırılması ilə bağlı kollaj yayıb. 


//Report

DİGƏR XƏBƏRLƏR

Top