Yasamalda intihara cəhd


Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.

Yeniavaz.com FHN-ə istinadən xəbər verir ki, 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

DİGƏR XƏBƏRLƏR

Top