Bakıda yağış yağdı, ikimərtəbəli bina uçdu - VİDEO


Bakıda 2 mərtəbəli yaşayış binasında uçqun baş verib.

Yeniavaz.com-un “Qafqazinfo”ya istinadən xəbər verir ki, son günlər yağan aramsız yağışdan sonra Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 37 ünvanında yerləşən 2 mərtəbəli bina uçub. 

Məlumata görə, həmin binada 20-yə yaxın ailə yaşayır və köhnə tikili olduğu üçün bina qəzalı vəziyyətdədir.

Aşan divar qaz xəttinin üzərində düşdüyü üçün qəza baş verib və hazırda ərazidə qazın verilməsində fasilə yaranıb. 

DİGƏR XƏBƏRLƏR

Top