
Bakı Dövlət Universitetinin zəhərlənən tələbələrinin vəziyyəti stabil kimi qiymətləndirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən APA-ya bildirilib.
Nazirlikdən qeyd edilib ki, onların xəstəxanadan buraxılması hələlik gözlənilmir: “Zəhərlənən tələbələrin müalicəsi bir müddət davam edəcək”.
Xatırladaq ki, Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların müalicələri davam edir.