Azərbaycanlı qız "O Ses Türkiye" münsiflərini heyran qoydu - VİDEO


Türkiyənin ən reytinqli layihələrindən biri olan “O Ses Türkiye”də dünən azərbaycanlı iştirakçı çıxışı ilə hər kəsi heyran qoyub.
Yeniavaz.com xəbər verir ki, sözügedən müsabiqəyə Bakıdan qatılan iştirakçı Günay Bəylərqızı olub. O, “Saçlarını yol gətir” adlı mahnını ifa edib. Səsi ilə həm tamaşaçıların, həm də 4 münsif heyətinin ürəyini fəth edən Günay Bəylərqızından mahnını yenidən ifa etməsi xahiş edilib.
Seçim arasında qalan azərbaycanlı iştirakçı Murat Bozu seçib.
Qeyd edək ki, Günay Bəylərqızı “Səs Azərbaycan” layihəsinin finalçılarından biri olub.
Bundan başqa müsabiqədə, Acun Ilıcalı “Səs Azərbaycan” layihəsinin təşkilatçılarına da səslənib. O, dəvət etsələr sevə-sevə Azərbaycana gələcəklərini bildirib.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top