10 voleybolçu eyni anda zəhərləndi, oyun təxirə düşdü


Türkiyənin qadın voleybolçulardan ibarət “Kuzeyboru” klubunda zəhərlənmə hadisəsi baş verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın 10 oyunçusu zəhərlənib.
Oyunçular hoteldə olarkən gecə saatlarında ürəkbulanma və qusmadan şikayət edərək xəstəxanaya çatdırılıb.
Xəstəxanada müalicə aldıqdan sonra isə səhər saatlarında buraxılıblar.
Məlumata görə, oyunçular xəstəxanadan çıxsalar da hoteldə həkim nəzarətində saxlanılırlar.
Hadisənin keçirilməli olan qarşılaşmaya bir gün əvvəl baş verməsi, oyunu təxirə salıb. 
Qeyd edək ki, zəhərlənmənin səbəbi açıqlanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top