
Son iki gündür yağan yağışlar paytaxt Bakıda nəqliyyatın ləngiməsinə və iri su hövzələrinin yaranmasına səbəb olub.
Yeniavaz.com “azadlıqradiosu”na istinadla xəbər verir ki, həmin su hövzələrindən biri də “Sədərək” ticarət mərkəzinin qarşısında yaranıb. Buraya üz tutan sürücülərdən biri isə ehtiyatsızlıqdan su hövzəsinin içinə girib və nəticədə avtomobil batıb. Hadisə yerinə gələn evakuator xidməti avtomobili sudan çıxara bilib.
Həmin görüntüləri təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz