Bakıda yol qəzası olub, xəsarət alan var


Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Qaradağ rayonunda qeydə alınıb.

Rayondakı beton zavodunun qarşısında iki avtomobilin toqquşması nəticəsində, 1971-ci il təvəllüdlü Abdullayev Asəf Hüseyn oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməyi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona baş-beyin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. (Report)

DİGƏR XƏBƏRLƏR

Top