Azərbaycanda 81 yaşlı kişi balta ilə əlini kəsdi


Gədəbəy rayonunda bədbəxt hadisə nəticəsində xəsarət alan 81 yaşlı kişinin əli amputasiya edilib.

Yeniavaz.com BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə rayonun Əlismayıl kəndində qeydə alınıb.

1938-ci il təvəllüdlü Qiyas Hüseynov ağır vəziyyətdə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər yaralının sol əlini amputasiya ediblər.

İlkin məlumata görə, Q.Hüseynov bağçasında odun yararkən balta ilə əlinə xəsarət yetirib.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top