"İylənsin, amma yanmasın" - Alovlanan BMW görün necə söndürüldü - VİDEO


Rusiyanın Samara şəhərində yanan avtomobil qəribə üsulla söndürülüb.

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisənin videosu sosial şəbəkədə yayılıb.
Belə ki, kanalizasiyadan çirkab suları çəkən maşının sürücüsü öncə şlanqı BMW avtomobilinin kapotuna tutur.
Sonra BMW-nin sürücüsü kapotu qaldırır və oradan alov qalxır. Şlanqdan axan qəhvəyi maye ilə alovun qarşısını almaq mümkün olur.


Bəzi sosial şəbəkə istifadəçiləri hadisə belə reaksiya veriblər: "Pul gələcək".
Bəziləri isə kanalizasiya sularının böyük problem olmadığını deyiblər: "Avtoyuyucuya aparacaq, vəssalam. Amma onunla söndürməsəydilər də, ümumiyyətlə əldən çıxacaqdı".

 

DİGƏR XƏBƏRLƏR

Top