Salyanda bir ailənin 7 üzvü zəhərləndi - 4-ü uşaqdır


Salyanda bir ailənin 7 üzvü dəm qazından zəhərlənib.

Yeniavaz.com-un "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hadisə Qızılağac kəndində qeydə alınıb.

Fərdi yaşayış evində qaz sobasının nasaz olması ucbatından evə qaz sızıb.

Nəticədə 7 nəfər zəhərlənib.

Zəhərlənənlər Səfərov Məhi Zeynal oğlu, Səfərova Aygün Bəxtiyar qızı və onların 1 aylıq övladı, Mehralıyeva Günül Bəxtiyar qızı və 3 azyaşlı uşağı zəhərlənmə diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top