Daha bir heyvan növü rəsmən yox oldu - 25 yaşlı "İman" xərçəngə qurban getdi


Sumatra kərgədanı bir növ kimi Malayziyada rəsmən məhv olmuş sayıldı.

Növün sonuncu nümayəndəsi, 25 yaşı olan İman adlı dişi kərgədan xərçəng xəstəliyindən ölüb.

Bu heyvanı 2014-cü ildə aşkar etmişdilər. Elə həmin vaxtdan Borneo adasındakı qoruqda saxlanılırdı.

"İmanın ölümü gözlədiyimizdən daha tez baş verdi, amma biz bilirdik ki, o, güclü ağrılar çəkir", - deyə Sabah Vəhşi Təbiət Departamentinin rəhbəri Avqustin Tuuqa bildirib.

Bildirilir ki, sonuncu erkək Malayziya kərgədanı bu ilin mayında ölüb. Bu növ, demək olar ki, yer üzündəın silinib. İndi fərqli hesablamalara görə, dünyada 30, yaxud 80 belə heyvan yaşayır.//Sputnik.az

DİGƏR XƏBƏRLƏR

Top