
İngiltərənin "Sanderlend" klubu yığma komandamızın və "Sabah" klubunun futbolçusu Bəhlul Mustafazadəyə "elçi" düşüb.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Uzun illər İngiltərə Premyer Liqasında çıxış etmiş, hazırda I liqada (League One) mübarizə aparan klubun millimizin üzvü üçün qış transfer pəncərəsində "Sabah"a təklif göndərəcəyi bildirilib. Xəbərdə həmçinin Bakı klubunun "Sanderlend"dən böyük rəqəm tələb etməyəcəyi də vurğulanıb.
///Offsideplus.az