Bakıda keçmiş arvadını bıçaqlayan şəxsin apellyasiya şikayətinə baxılıb

Bakı Apellyasiya Məhkəməsində keçmiş həyat yoldaşına bıçaqla xəsarət yetirməkdə təqsirli bilinən Vüqar Ələkbərovun şikayətinə baxılıb.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, V.Ələkbərov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il aprelin 10-da Xətai rayonunda baş verib. Ələkbərov Vüqar Əliheydər oğlu 25 yaşlı keçmiş həyat yoldaşı Ələsgərova Şəbnəm Elman qızına iki bıçaq xəsarəti yetirib. Qadın boyun və sinə nahiyəsindən deşilmiş yaraları ilə ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Xətai rayonunun 36-cı polis bölməsinin əməkdaşları V.Ələkbərovu saxlayıb.

Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ittiham verilib.

DİGƏR XƏBƏRLƏR

Top