Rafael Dadaşov: "İstəyirəm məni qızımla tanısınlar" - VİDEO


Xalq artisti Rafael Dadaşov müğənni qızı Səidə Dadaşova "Zaurla Günaydın" verilişinə qonaq olub.
Yeniavaz.com axşam.az-a istinadən bildirir ki, aktyor qızı haqqında danışıb. O, övladının fəxri ad almasını arzuladığını deyib.
Dadaşovun bu sözləri qızı Səidəni ağladıb: "Biri var övladı atayla, biri də var atanı balayla tanısınlar. Deyirər, Rafaelin qızıdır. Amma istəyirəm desinlər, Səidənin atasıdır. Məni qızımla tanısınlar.
Ailədə dörd qardaş idik. Atam deyirdi, sən başımın tacısan. Mən də istəyirəm deyim ki, qızım, başımın tacı ol". Səidə isə atasını qucaqlayaraq, ağlamağa başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top