"Siri"yə 5 dəfə "tire" desəniz görün nə olur


"Apple"ın iOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş fərdi ağıllı assistent və naviqasiya proqramı olan "Siri"-nin təhlükəli tərəfləri ortaya çıxıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, məşhur antivirus şirkəti "Karpersky" şirkəti "Siri" barədə maraqlı faktı ortaya çıxarıb. Həmin proqramdan istifadə edərək 5 dəfə "tire" deyəndə telefon sönür və "həyəcan" rejiminə düşür. Bu sözün ingilis dilində "təkər şini", "canı üzülmək", "yorulmaq" kimi mənaları var. "Apple"ın bəhs edilən sözə nə üçün belə reaksiya verdiyi hələlik bilinmir. Qeyd edək ki, "Siri" proqramından istifadə edərkən olduqca ehtiyatlı davranmaq lazımdır. Çünki, hər hansı yanlış komanda mobil telefonunuzdakı şəxsi məlumatları təhlükəyə ata bilər. "Siri" barədə ən qeyri-adi hadisə isə 2011-ci ildə yaşanıb. Qatil adam öldürdükdən sonra bəhs etdiyimiz proqrama "cəsədi harada basdırım, izləri necə itirim" kimi suallar soruşmuşdu. Həmin şəxs şirkət işçiləri tərəfindən qısa vaxtda tapılaraq polisə təhvil verilmişdi. 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top