Amansızlıqla qətlə yetirilən Cavidin anası - professor Minə Hacıyeva VİDEO müraciət yaydı


Xəbər verdiyimiz kimi, oktyabr ayında Bakı Musiqi Akademiyasının müəllimi, professor Minə Hacıyevanın Almaniyada təhsil alan 22 yaşlı oğlu Cavid Hacıyev Ukraynanın paytaxtı Kiyev şəhərində məşhur iş adamı, "Altes Qrup"un prezidenti Rüstəm Abdullayevin 23 yaşlı qardaşı oğlu Əli Abdullayev tərəfindən amansızlıqla qətlə yetirildiyi bildirilir. İddialara görə, Əli Abdullayev Cavidi küt alətlə öldürüb, sonra bıçaqlayıb, daha sonra isə meyitlə qəddarcasına davranıb, onu parçalayıb və xalçaya, döşəyə büküb.
Yeniavaz.com xəbər verir ki, dünən Cavidin anası - professor Minə Hacıyeva oğlunun məzarı qarşısından video müraciət yayıb. Minə Hacıyeva Cavidin qətlində şübhəli bilinən Əli Abdullayevin anasına ünvanladığı müraciətdə bildirib ki, siz Azərbaycan dilini bilmədiyiniz üçün rus dilində müraciət edirəm. Minə Hacıyeva öz müraciətdə Güldanə deyə xitab etdiyi Əli Abdullayevanın anasının öz oğlanlarını İbrahimin vasitəsilə gizlətdiyini bildirir.
Məlumat üçün bildirək ki, qətldə ittiham olunan Əli Abdullayevin əmisi Rüstəm Abdullayevin televizya verilişlərinin birində çıxış edərək  qardaşı oğlundan tələb edib ki, təslim olsun. "Altes Qrup"un prezidenti bildirib ki, əgər Əli mənim səsimi indi eşidirsə, mən də öz növbəmdə tələb edirəm ki, gəlib təslim olsun: "Gizlənməklə, qaçmaqla bu məsələ həll olunmayacaq. Birdə hüquq mühafizə orqanlarından xahiş edirəm ki, Əlinin tapılmasında və bu cinayətin tezliklə açılmasında öz köməklərini əsirgəməsinlər”.
Onu da qeyd edək ki, Cavid Hacıyev həm də tanınmış bəstəkar, əməkdar incəsənət xadimi və professor Telman Hacıyevin nəvəsidir.
İlkin Uğur
 

DİGƏR XƏBƏRLƏR

Top