Eldar Namazov sədr postundan uzaqlaşdırıldı


Deportasiya Qurbanları Mərkəzinin İdarə Heyətinin iclası keçirilib.
Yeniavaz.com reyting.az-a istinadən xəbər verir ki, iclasda təşkilati və cari məsələlər müzakirəyə çıxarılıb. Müzakirələr zamanı istiqlalçı deputat, sabiq təhsil naziri Firudin Cəlilovun təklifi ilə Köçəri Nağıbəylinin təşkilatın sədri seçilməsi məsələsi müzakirə olunub. Xalq şairi Vahid Əziz, professor Eldar Abbasov, professor Paşa Qəlbinur, general Əli Ömərov, politoloq Eldar Namazov və digər ziyalılar bu təklifi dəstəkləyiblər. Beləliklə, K. Nağıbəyli təşkilatın sədri seçilib.

İdarəyə Heyəti bu vaxta qədər təşkilata sədrlik etmiş politoloq Eldar Namazova fəaliyyətinə görə təşəkkür edib.

İclasda soydaşlarımızın Ermənistandan deportasiya olunmasının 30 illiyinin qeyd edilməsi haqqında da qərar verilib. Bu məqsədlə tədbirlərin keçirilməsi, bu tarixi hadisənin gündəmdə saxlanılması razılaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top