Almaniyada məscidlərdə ibadət hansı dildə aparılmalıdır? - Yeni sənəd hazırlanır


Almaniya federal hökuməti bu günlərdə din xadimlərinin əməyini tənzimləyən normativ aktlara dəyişikliklər paketi işləyib hazırlayıb.

AZƏRTAC xəbər verir ki, ölkə məscidlərində işləyən imamlar əvvəlcə alman dilini yetərincə bildiklərini nümayiş etdirməlidirlər. Deyilənə görə, ölkədə yalnız alman dilində ibadətə icazə verməyə hazırlaşırlar. Bu qərarın Konstitusiyaya nə dərəcədə uyğun olub-olmaması barədə ekspertlərin mübahisələri səngimək bilmir. Bununla belə, yenilik əvvəlcə Bundesratda səsverməyə qoyulmalıdır.

Berlinin Kroytsberq rayonu məscidinin imamı AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində bildirib ki, bu günlərdə İslam ilahiyyatı yalnız bir neçə universitetdə, o cümlədən Münster, Tübingen, Osnabrük, Gisen və Nürnberq universitetlərində tədris olunur. Onun sözlərinə görə, bu yaxınlarda Berlinin Humboldt Universitetində də İslam ilahiyyatı fakültəsi açılıb. Bununla belə, həmin fakültələrdə Quran qiraəti və duaların oxunması tədris olunmur. Buna görə də həmin universitetlərin bu cür təhsili olmayan məzunları imam işləyə bilmirlər.

Həmsöhbət bildirib ki, hazırda ölkədə təqribən 4,5 milyon müsəlman yaşayır. Onların üçdəiki hissəsi türklərdir. Dini idarələrin türk-islam ittifaqı 900-dən çox məscidin fəaliyyətinə kuratorluq edir. Dövlətin nəzdindəki məktəblərdə fakültativ İslam ilahiyyatı dərslərinin tədrisinə də elə həmin təşkilat kuratorluq edir.

DİGƏR XƏBƏRLƏR

Top