"Hollywood" ulduzu Trampın önündə qəribə hərəkətlər etdi - VİDEO


ABŞ-ın məşhur aktyorlarından biri Con Voyt Donald Trampın iştirake etdiyi tədbirdə qeyri-adi rəqsi ilə gündəm olub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bəzi "hollywood" aktyorlarını şərəf ordeni ilə təltif edərkən Ancelina Colinin atası və tanınmış aktyor Con Voyt qəribə hərəkət edib. Ordenin təqdim edilməsi üçün dəvət edilən aktyor əvvəlcə bir müddət yerindən tərpənməyib. Daha sonra qəfil ayağa qalxaraq Trampın önündə rəqs etməyə başlayıb. Bunu görən ABŞ prezidenti gülməyə başlayıb. Aktyor bir neçə saniyə rəqs etdikdən sonra təkrar yerində əyləşib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top