
Xəbər verdiyimiz kimi, sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında yeni Ombudsmanın seçilməsi məsələsinə baxılacaq. Səlahiyyət müddəti başa çatan Elmira Süleymanovanın yerinə üç xanımın namizədliyi irəli sürülüb.
Ombudsmanlığa namizəd 1980-ci il təvəllüdlü Əliyeva Səbinə Yaşar qızı 3-cü dərəcəli Dövlət müşavidirir. İxtisasca hüquqşunas olan Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Səbinə Əliyeva millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır. Səbinə Əliyeva həm də Azərbaycan SSRİ-nin 12-ci çağrış deputatı, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı. Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevin qızıdır.
.jpg)
Digər namizəd Abıyeva Kəmalə Nəbi qızı isə 1979-cu il təvəllüddür. O, Apellyasiya Məhkəmənin sədrinin müavinidir. 2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Abıyeva, daha sonra BDU-da magistratura səviyyəsində təhsil alıb. 2000-2006-ci illərdə İqtisad Məhkəməsində məhkəmə iclas katibi, 2006 - 2008-ci illərdə isə Ali Məhkəmədə məsləhətçi, məhkəmə iclas katibi vəzifələrində çalışıb. O, daha sonra Ali Məhkəmədə hakim köməkçisi, 32 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi olub. 2013-cü ildə hakim kimi Bakı Apellyasiya Məhkəməsinə gələn Kəmalə Abıyeva 2018-ci ildə sədr müavini təyin olunub.

3-cü xanım namizəd Kəmalə Əlieyva isə Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiridir. 1980-ci il təvəllüdlü Kəmalə Əliyeva da BDU-nun hüquq fakültəsinin məzunudur. O, 2015-ci ildən hazırkı vəzifəsindədir.

qafqazinfo.az