Mingəçevir Polis Şöbəsi maarifləndirici tədbir keçirib


Mingəçevir şəhərində yerləşən uşaq bağçalarında yol hərəkəti qaydalarının təbliğinin gücləndirilməsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Yeniavaz.com xəbər verir ki, tədbirdə Mingəçevir şəhər Polis şöbəsinin Yol polisi bölməsinin əməkdaşları, bir neçə baxçanın uşaq və müəllim kollektivi iştirak edib.
Mingəçevir Polis Şöbəsinin Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov belə tədbirlərin keçirilməsində əsas məqsəd yol hərəkətində hərəkətin təhlükəsizliyinin təmin edilməsi, eləcə də təbliğat işlərini gücləndirməklə baş verən yol-nəqliyyat hadisələrinin qarşısını almaqdan ibarət olduğunu bildirib. Xətai Məmmədov  qeyd edib ki, uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə uşaq müəssisələrində yeniyetmələrə  təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsi diqqət mərkəzindədir: ”Məhz bu məqsədlə yol polisi tərəfindən şəhər məktəblərində, uşaq baxçalarında  mütəmadi olaraq tədbirlər keçirilir”.
Daha sonra baxça uşaqlarına “yolu necə keçmək?” olar əyani şəkildə göstərilib.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top