
“İnsanlarda məhkəmələrə olan inamı geri qaytarmaq üçün birinci kadr dəyişikliyindən başlamaq lazımdır”.
Bunu Yeniavaz.com-un sorğusunu cavablandırarkən Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Kadr dəyişiklikləri gerçəkləşməsə köhnə zehniyyətdə olan insanların yeni bir format işləyə bilməyəcəyinin mümkün olmayacağını bildirən F. Mustafa əlavə edib ki, bunlar baş verəndən sonra artıq struktur dəyişikliklərinə getmək lazımdır:
“Və məhkəmə instansiyaları arasında ötür-ötürü ortadan qaldırmaq, süründürməçiliyi götürmək lazımdır. Əks halda bu məsələlər öz həllini tapa bilməyəcək. Bu istiqamətdə prezidentin fərmanı var. Fərmanın müddəları tam şəkildə yerinə yetirilsə düşünürəm ki, hər hansı bir problem olmayacaq. Çünki bu fərman kifayət qədər əhatəlidir. Məhkəmə prosesinin şəffaflaşdırılmasında, alternativ ekspertizanın, alternativ icra qurumunun yaradılması və başqa bir çox məsələlər var ki, bunlar həllini tapsa problemlər kifayət qədər azalacaq”.
Kənan Qədirli