Zelenskinin təyyarəsi qırıldı


Ukrayna prezidenti Vladimir Zelenskinin təyyarəsi qırılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Depo.ua” məlumat yayıb. Məlumata görə, təyyarənin qırılması nəticəsində Prezident Xarkovdan uça bilməyib. Təyyarənin təmir olunması üçün 2 saat gözləyən V.Zelenskiyə daha sonra hərbi təyyarə təklif edilib. Lakin o, təhlükəsizliyi səbəbi ilə təklifi rədd edib.
Xəbərin doğruluğunu təstiqləyən Ukrayna təhlükəsizlik mənbəyi bu hadisənin 20 ildə ilk dəfə baş verdiyini bildirib.
İlahə Hüseynova
 

DİGƏR XƏBƏRLƏR

Top