Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisi vəfat etdi


2006-2008-ci illərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına rəhbərlik etmiş ordu generalı Yaşar Büyükanıt dünyasını dəyişib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, 79 yaşlı Y. Büyükanıt bu gün Bakı vaxtı ilə saat 06:05-də İstanbul şəhərində müalicə aldığı xəstəxanada həyata gözlərini yumub. Ölüm səbəbi kimi ürək çatışmazlığı göstərilib.
Qeyd edək ki, 2 il müddətinə Türkiyə Silahlı Qüvvələrinə rəhbərlik etmiş Yaşar Büyükanıt 9 gün öncə həyat yoldaşı Filiz Büyükanıtı itirmiş, səhhətindəki problemlərə görə onun cənazəsində iştirak edə bilməmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top