
Liviya sahillərində daha bir miqrant faciəsi yaşanıb.
Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, balıqçılar Liviya sahillərində mühərriki dayanmış bir qayıq gördüklərini və suda çox sayıda insan cəsədlərinin olduğunu bildiriblər.
Şahidlər qeyd ediblər ki, faciə nəticəsində 30 miqrantın xilas edilib, 67 miqrantın isə həlak olub.
Balıqçılar faciə ilə bağlı Liviya sahil mühafizə xidmətinin əməkdaşlarına zəng etsələr də cavab verənin olmadığını bildiriliblər.
Tətbiqimizi yükləyə bilərsiniz