Ombudsman Aparatının sözçüsü vəzifəsindən azad edildi


Ombudsman Aparatının Mətbuat Xidmətinin rəhbəri Nəcəf Tağıyev işdən çıxıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Report"a Nəcəf Tağıyev özü məlumat verib.

O bildirib ki, öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Qeyd edək ki, N.Tağıyev 2005-ci ildən Ombudsman Aparatının Mətbuat xidməti şöbəsində çalışırdı.

DİGƏR XƏBƏRLƏR

Top