Bakıda iki avtomobil toqquşub, 4 nəfər yaralanıb


Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.

"Volkswagen Passat" markalı avtomobil yol hərəkəti qaydasını pozaraq dönmə əməliyyatı etmək istəyib. Bu zaman qarşıdan gələn "Daewoo" markalı nəqliyyat vasitəsi ona çırpılıb.

Hadisə zamamı "Volkswagen"də olan 4 nəfər - 1967-ci il təvəllüdlü Quliyeva Səkinə Malixan qızı, 1989-cu il təvəllüdlü Həziyev Anar Şahin oğlu, 1991-ci il təvəllüdlü Kazımov Firuz Namiq oğlu və 2000-ci il təvəllüdlü Məmmədova Günel Şahin oğlu xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//APA

DİGƏR XƏBƏRLƏR

Top