Lavrov: “Türkiyə bizə yeni əməliyyata başlamayacağını deyib”
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rusiyada keçirilən mətbuat konfransında Sergey Lavrov Türkiyənin Suriya əməliyyatı barədə yeni fikirlər səsləndirib. Nazir Çavuşoğlunun Suriyada verilən sözlər tutulmasa əməliyyata başlayacağıq sözlərinə cavab olaraq belə deyib: “”YPG” Suriyanın şimalından tamamilə geri çəkilib. Rəsmi Ankara bizə yeni bir əməliyyata başlamayacağını bildirib". Qeyd edək ki, bir neçə gün əvvəl Çavuşoğlu, YPG-nin verdiyi sözü tutmadığını, belə davam edərlərsə hərbi əməliyyatlara davam edəcəklərini bildirmişdi".
Ruslan Yusibov